Naomi xeyriyyə təşkilatının pullarını özünə xərcləyib?

saytların hazırlanması

Evə çatdırılma

Naomi xeyriyyə təşkilatının pullarını özünə xərcləyib?

Şou

27 Sentyabr 2024 11:52 363


54 yaşlı supermodel Naomi Kempbellin xeyriyyə təşkilatındakı fəaliyyəti sonlandırılıb.

Yenisabah.az xəbər verir ki, onun "Fashion for Relief" təşkilatından aldığı vəsaitin yalnız kiçik hissəsinin xeyriyyəçiliyə sərf etdiyi ortaya çıxıb.

Pul modelin şəxsi ehtiyaclarına, uçuşlarına, təhlükəsizliyinə, lüks hotellərə və spa müalicələrinə xərclənib. 2016-cı ilin aprelindən 2022-ci ilin iyuluna qədər gəlirin vəsaitin yalnız 8,5%-i xeyriyyə işlərinə sərf edilib. Pepperoni pizza

Kempbellin həmkarı Byanka Hellmih xeyriyyə təşkilatından icazəsiz ödənişlər şəklində yüz minlərlə dollar alıb. Onun xeyriyyə təşkilatının qəyyumluğu 19 illiyə qadağan edilib.

Naomi özü iddialara münasibət bildirib. Modelin sözlərinə görə, o, fondun işləri ilə özü məşğul olmayıb, idarəçiliyi başqa insanlara tapşırıb:

"Məsələ ilə vəkilim məşğul olacaq. İndi baş verənləri araşdırırıq, çünki etdiyim hər şey və aldığım bütün pullar xeyriyyə fonduna gedib".

Naomi Kempbell sözügedən xeyriyyə təşkilatını 2005-ci ildə təsis edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!