Narahat edən hava xəbərdarlığı: Bu tarixdən...

saytların hazırlanması

Evə çatdırılma

Narahat edən hava xəbərdarlığı: Bu tarixdən...

Sosial

03 Sentyabr 2025 15:58 705


Ümumdünya Meteorologiya Təşkilatı (WMO) temperatur artımına səbəb olan La Nina və El Nino hava fenomenlərinin təsiri ilə bağlı yeni açıqlama yayıb. Hesabatda qeyd olunur ki, La Nina sentyabr ayından etibarən hava və iqlim modellərinə təsir göstərməyə başlaya bilər. Lakin La Ninanın müvəqqəti soyuducu təsirinə baxmayaraq, temperaturun dünyanın əksər bölgələrində orta göstəricidən yüksək qalacağı gözlənilir. 

Bəs bu təsir digər ölkələrlə müqayisədə Azərbaycanda necə əks olunacaq?

Meteoroloq Cavid Hüseynov “Yeni Sabah”a bildirib ki, Ümumdünya Meteorologiya Təşkilatının (WMO) El Niño/La Nina  barəsində verdiyi proqnozlara  əsasən, La Nina sentyabr ayından etibarən hava və iqlim modellərinə təsir göstərə bilər: Sezar pizza

“Lakin La Ninanın müvəqqəti soyutma təsirinə baxmayaraq, temperaturun hələ də dünyanın əksər hissəsində orta səviyyədən yüksək olacağı gözlənilir.

Sentyabr-noyabr ayları ərzində Şimal  və cənub yarımkürəsinin əksər hissələrində temperaturun normadan yüksək, yağıntıların isə normaya yaxın olacağı gözlənilir. 

Son proqnozlarına görə , 2025-ci ilin oktyabr-dekabr ayları üçün La Nina şərtlərinin ehtimalı təxminən 60%-ə qədər artır. El Nino-nun sentyabr-dekabr aylarında inkişaf etmə şansı azdır”.

Ekspert həmçinin qeyd edib ki, El Nino və La Niña haqqında verilən mövsümi proqnozlar və görülən tədbirlər sayəsində kənd təsərrüfatı, enerji, səhiyyə və nəqliyyat kimi əsas sektorlar üçün milyonlarla dollar iqtisadi qənaət etmək, həmçinin minlərlə insanın həyatını xilas etmək mümkün olur.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!