Narin cinayətində yeni detallar: Əmisi arvadı evdə...

saytların hazırlanması

Evə çatdırılma

Narin cinayətində yeni detallar: Əmisi arvadı evdə...

Hadisə

26 Sentyabr 2024 13:08 445


Diyarbəkirdə itdikdən 19 gün sonra cəsədi tapılan Narin Güranın qətlinə dair yeni təfərrüatlar üzə çıxır.

Yenisabah.az xəbər verir ki, Narin avqustun 21-də yoxa çıxandan sonra Güran ailəsinin bir çox üzvü “WhatsApp” yazışmaları, telefon danışıqlarının qeydi silinib. Ailə üzvləri öz mobil nömrələrini də dəyişiblər.

Güran ailəsinin kişilərinin iştirakı ilə ən azı 7 məclis keçirilib. Bu toplantılar bəzən açıq havada, bəzən isə qapalı məkanda olub. Orada deyilənlərin kənara sızmaması üçün yüksək səslə musiqi səsləndirilib. Sezar pizza

Ailə üzvləri muxtar Səlim Güranın göstərişlərlə hərəkət ediblər. Narinin qətlə yetirildiyi ata evində çoxlu xalça, divan örtüyü və s. anası Yüksel Güranın paltaryuyan maşında yuyulub. Hətta döşəmə dəfələrlə ağardıcı ilə təmizlənib.

Yuyulmanı Narinin əmisi arvadı Hədiyyə Güran təşkil edib və Narinin cansız bədəni evdən çıxarıldıqdan sonra Səlim Güranın göstərişi ilə baldızları Hədiyyə Güran, Maşallah Güran və anası Yüksel Güran xalçaları və  örtükləri yuyublar.

Şeyla Səmiyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!