Narkotacirlərə himayədarlıq edən Melkumyanlar

saytların hazırlanması

Evə çatdırılma

Narkotacirlərə himayədarlıq edən Melkumyanlar

Dünya

28 Oktyabr 2020 14:11 878


Rusiyanın Rostov şəhərində hüquq-mühafizə orqanlarında geniş yayılmış erməni diasporu regionda cinayətkarlığın və qanunsuzluğun artmasının başlıca səbəblərindəndir. Əksər vaxtlarda bu icmanın nümayəndələri Ermənistandan gələnlərə himayədarlıq edir və yerli sahibkarları sıxışdırır.

Yenisabah.az xəbər verir ki, şəhərdə məşhurlaşmış Melkumyanlar ailəsinin nümayəndələri barədə açılan cinayət işi bunu təsdiq edir.

Qeyd olunur ki, Rostov polisinin müstəntiqi Aleksandr Melkumyan narkotik tacirindən cəzadan boyun qaçırmaq üçün 150 min rubl alarkən saxlanılıb. Dördpendirli pizza

Hazırda o, cinayət işinə cəlb edilib və 6 il müddətinədək həbs edilə bilər.

Bununla belə, Melkumyan soyadı rostovlulara çoxdan tanışdır. Onun yaxınları Sergey Melkumyan prokurorluq əməkdaşı, Aleksandr Melkumyan isə İstintaq Komitəsinin müstəntiqidir.

Həmin ailənin narkotacirlərə himayədarlıq etdiyi çoxdan məlumdur. Bundan başqa, onlar qaçaq silahların daşınması işinə nəzarət edir və ermənilərin şəhərdəki biznesinin böyük əksəriyyəti Melkumyanların himayəsindədir. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!