Narkokuryer saxlanıldı - 1 kilodan çox narkotiklə

saytların hazırlanması

Evə çatdırılma

Narkokuryer saxlanıldı - 1 kilodan çox narkotiklə

Kriminal

06 Oktyabr 2021 12:10 1662


Abşeron Rayon Polis İdarəsi narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxsi saxlayıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Ağcabədi rayon sakini Elbrus Əliyev tutularaq istintaqa təqdim edilib.

Onun idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 1 kiloqram 40 qram olan narkotik vasitə: heroin, psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunub. Sezar pizza

İlkin araşdırma zamanı müəyyən edilib ki, Elbrus Əliyev qonşu ölkələrdən birində  yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq onun təklifi nəticəsində narkokuryerliyə cəlb edilib.

Faktla bağlı istintaqa başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!