Narkoloji dispanserdə dərəbəylik – “Dərman yoxdur” deyib xəstələri qəbul etmirlər 

saytların hazırlanması

Evə çatdırılma

Narkoloji dispanserdə dərəbəylik – “Dərman yoxdur” deyib xəstələri qəbul etmirlər 

Sosial

15 Yanvar 2020 14:10 3930


Narkomaniyadan əziyyət çəkən Masallı rayonu Ərkivan kənd sakini Adisey Camalov Lənkəran Rayonlararası Narkoloji Dispanserə qəbul olunmur.

Bu barədə Yenisabah.az-a Adisey Camalovun yaxınları məlumat verib.

“Əvvəlcə dedilər ki, yerimiz yoxdur. Biz də bildirdik ki, Adiseyin vəziyyəti çox ağırdır, o mütləq dispanserə yerləşdirilməlidir. Sonra dedilər ki, dərman yoxdur”, - deyə Adisey Camalovun yaxınları bildirib. Pepperoni pizza

Onların sözlərinə görə, Səhiyyə Nazirliyinin qaynar xəttinə müraciət etəsələr də, heç bir nəticəsi olmayıb:

“Bir neçə saat dispanserin qarşısında gözlədik, xahiş etdik, Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vurduq amma xeyri olmadı. Məcbur qalıb evə qayıtdıq”. 

Adisey Camalovun yaxınları məsələ ilə bağlı Masallı Rayon İcra Hakimiyyəti başçısının qəbuluna getmək niyyətindədirlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!