“Narkoman baxmır ki, qarşısındakı anasıdır, qonşu qadınıdır, yaxud küçə qadınıdır...”

saytların hazırlanması

Evə çatdırılma

“Narkoman baxmır ki, qarşısındakı anasıdır, qonşu qadınıdır, yaxud küçə qadınıdır...”

Maraqlı

19 Sentyabr 2022 17:51 1173


“Narkotacirlərin azalmasında cəmiyyətin də böyük rolu var. Cəmiyyət yardım etməsə, onlardan məlumat daxil olmasa, polisin onlarla mübarizədə çox çətin bir durum yaşayacaq...” 

Bu sözləri Yenisabah.az-a hüquqşünas Şəmsəddin Əliyev deyib. Qeydiyyata alınan narkomanların sayının artması ilə bağlı danışan hüquqşünas onların azalması üçün cəmiyyətin də yardımının vacibliyini vurğulayıb:

“Cəmiyyətdə narkomanlar çoxalsa, sabah, birigün bədənləri həmin maddəni tələb edəndə baxmayacaqlar ki, qarşısındakı anasıdır, qonşu qadınıdır, yaxud küçə qadınıdır. O öz ehtiyacını ödəmək üçün qadının barmağındakı üzüyü barmaqla birlikdə kəsib çıxaracaq, boynundakı kolyeni dartıb qıracaq”. Dominos pizza

Onun sözlərinə görə, narkomanların müalicəsi üçün dövlət hesabına olan narkoloji dispanserlərin sayı artırılmalıdır:

“Narkomanların vəziyyətini başa düşmək lazımdır, onlar cəmiyyətin cinayətkarları, cəmiyyət üçün arzuolunmaz vətəndaşlar olsalar da onların müalicəsi var. Amma dispanserlərimiz azdır, özəl reabilitasiya mərkəzləri var, onlara da vətəndaşların kifayət qədər maddi vəsaitləri yoxdur. Oradakı qiymətlər yüksəkdir. Dövlətin tərkibində olan çox az dispanser var, onların da qeydiyyatda olan narkomanlar üçün heç kifayət qədər çarpayıları yoxdur. Düşünürəm ki, bu müvafiq orqanlara, xüsusilə Səhiyyə Nazirliyinə düşünməyə əsas verir. Dövlət müvafiq qurumlara vətəndaşların sağlamlığı üçün büdcədən pul ayırır, o pulu məqsədli şəkildə xərcləmək lazımdır”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!