Narkoman sürücü tutuldu: Məhkəmə qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

Narkoman sürücü tutuldu: Məhkəmə qərar verdi

Kriminal

09 Fevral 2022 11:24 1019


Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvar ayının 13-də Gəncə şəhər sakini Səbuhi İsgəndərovun idarə etdiyi “Mercedes” markalı avtomobil Şəmkir rayonu ərazisində yerləşən daimi postda saxlanılıb.

Bu barədə DİN-dən Yenisabah.az-a verilən məlumatda bildirilib.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 334.1-ci maddələri ilə protokol tərtib olunub. Sezar pizza

Fevralın 2-də Kəpəz rayon Məhkəməsinin qərarı ilə sürücü 500 manat məbləğində cərimə edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!