Narkoman taksi sürücüsünə 1 illik cəza

saytların hazırlanması

Evə çatdırılma

Narkoman taksi sürücüsünə 1 illik cəza

Kriminal

03 Fevral 2022 16:52 684


Bakıda narkotikin təsiri altında avtomobil idarə edən taksi sürücüsü saxlanılıb. 

Bu barədə Yenisabah.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Onun sözlərinə görə, fevralın 2-də paytaxtın Xətai prospektində “Toyota Prius” markalı 77-BM-850 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Həsənov Ümid Saleh oğlu narkotik və psixotrop maddələrin təsiri altında avtomobil idarə etdiyi üçün saxlanılıb.  pizza sifarişi

Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları onu həmin halda taksi fəaliyyəti ilə məşğul olduğu halda aşkarlayıb. Ü. Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsilə protokol tərtib olunub. Nəsimi rayon Məhkəməsinin qərarı ilə o, bir illik sürücülük hüququndan məhrum edilib.

A. Əsgərli bu kimi hadisələrlə bağlı sürücü və sərnişinlərə müraciət edib:

“Sərnişinlərdən xahiş edirik, sürücünün normal vəziyyətdə avtomobil idarə edə bilmədiyini və onun adekvat hərəkətlər etmədiyini gördükdə mütləq qaydada polisə məlumat versinlər. Hər hansı şəxsin belə anlaqsız vəziyyətdə avtomobil idarə etməsi həm sərnişinlərin, həm də digər insanların həyatı üçün olduqca təhlükəlidir. Bir daha vətəndaşlardan bu kimi hallara xüsusilə məsuliyyət hissi ilə yanaşmağı xahiş edir və sürücüləri sərxoş halda avtomobil idarə etməkdən çəkinməyə çağırırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!