Daxili İşlər Nazirliyi bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 72 min 291 nəfər istiqamətləndirilib.
Yenisabah.az xəbər verir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun hesabatında qeyd olunub.
Sənədə əsasən, onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 4 min 180 nəfərdən 2 min 303 nəfərinin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib. Toyuqlu pizza
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 287, QİÇS-lə Mübarizə Mərkəzində 314, Sumqayıt Narkoloji Mərkəzində 129 nəfər) 730 xəstə müalicə alır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2025-ci ilin sentyabr ayının sonuna kimi aşkarlanmış İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 46 (4,8 faiz) nəfəri inyekson narkotik istifadəçiləri olub.
Telegram kanalımız