Narkomanlarla bağlı “Qaynar xətt” yaradılır

saytların hazırlanması

Evə çatdırılma

Narkomanlarla bağlı “Qaynar xətt” yaradılır

Sosial

23 İyul 2019 12:28 1350


Azərbaycanda narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün “Qaynar xətt” yaradılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planında qeyd olunub ki, bu il narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti nazirlik, komitə və təşkilatlarla, operativ qaydada əlaqələndirməni təmin etmək üçün “Qaynar xətt” rabitə əlaqəsinin yaradılacaq. Prosesi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu birgə həyata keçirəcək. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!