“Narkotacirlər sərhəddən ən çox heroin keçirməyə cəhd edirlər“   - Rəis müavini

saytların hazırlanması

Evə çatdırılma

“Narkotacirlər sərhəddən ən çox heroin keçirməyə cəhd edirlər“ - Rəis müavini

Maraqlı

25 Yanvar 2022 11:51 645


Ötən il Azərbaycan sərhədindən 3 tondan çox narkotik maddə keçirilməsinə cəhd edilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlı məlumat verib. O qeyd edib ki, gömrük əməkdaşları tərəfindən 2021-ci ildə 3 043 507 ton narkotik maddənin qanunsuz dövriyyəsinin qarşısı alınıb. 

"Sərhəddən keçirilməsinə cəhd edilən narkotik maddələr sırasında ən çox heroinə rast gəlinir. Ümumilikdə, əvvəlki illərlə müqayisədə son zamanlar ölkəyə gətirilməsinə cəhd edilən narkotik maddələrin əksəriyyətini ağır tərkibli maddələr təşkil edir.  pizza

2021-ci ildə 2 ton 106 kiloqram narkotik maddənin İrandan Avropaya dövriyyə məqsədilə sərhəddən keçirilməsinə cəhd edilib". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!