Narkotacirlərin meydanı daralır: Ötən gün 19 nəfər saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Narkotacirlərin meydanı daralır: Ötən gün 19 nəfər saxlanılıb

Kriminal

13 İyul 2021 14:11 906


Daxili İşlər Nazirliyi (DİN) iyulun 12-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən Yenisabah.az-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 33 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Sezar pizza

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!