Narkotik alverçiləri saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Narkotik alverçiləri saxlanıldı

Kriminal

11 May 2020 13:52 597


Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb regional şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon Birinci Şıxlı kəndi ərazisində keçirilən əməliyyat tədbirləri nəticəsində 42 yaşlı Rizvan Akhmedov, 45 yaşlı Arif Şəmilov və 39 yaşlı Elvin Xasməmmədov saxlanılaraq üzərlərinə baxış keçirilən zaman Rizvan Akhmedova məxsus sellofan torbadan, çəkisi 1 kiloqram 5 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə-“heroin”  aşkar olunub.

Aparlıan araşdırmalarla müəyyən olunub ki, R. Akhmedov E. Xasməmmədova məxsus avtomobillə narkotik vasitəni A.Şəmilova satmaq üçün gətirib. Dominos pizza

Faktla bağlı araşdırmalar davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!