Narkotik alverçisi olan aktyor:   Kinodan ayrı düşməyim ucbatından...

saytların hazırlanması

Evə çatdırılma

Narkotik alverçisi olan aktyor: Kinodan ayrı düşməyim ucbatından...

Mədəniyyət

12 Aprel 2021 17:43 1437


“Cənnətin uşaqları” filmi bütün həyatımı al-üst elədi”.

Yenisabah.az “Axərin xəbər”ə istinadla xəbər verir ki, bunu Azərbaycan əsilli İran rejissoru Məcid Məcidinin filmində çəkilmiş şəxslərdən biri deyib.

1997-ci ildə ərsəyə gələn həmin filmdə azyaşlı Əli obrazını oynamış Mirfərəh Haşemian bir TV proqramında həyat hekayətini nəql edib. Pepperoni pizza

“Cənnətin uşaqları”nda çəkildiyimə görə qonorar almadım və mənə hədiyyə olaraq cəmi 100 min tümən verildi. Əlbəttə, o vaxtlar atamın maddi vəziyyəti yaxşı idi və o hədiyyəyə ehtiyacım yox idi. Amma filmdə çəkildikdən sonra həyatımız alt-üst oldu. Eyniylə “Cənnətin uşaqları” filmindəki vəziyyətə düşdüm. Mənə başqa filmlərdə çəkilmək imkanı verilmədi. Kinodan ayrı düşməyim ucbatından depressiyaya uğradım və daha sonra narkotik maddələrə aludə oldum. Hətta bir müddət narkotik alverçisi oldum”.

Kinoda cəmi bircə dəfə çəkilmiş Mirfərəh Haşemianın sözlərinə görə, artıq təmiz bir həyata qədəm qoyub. “Narkotikdən asılılıq ömrümün 10 ilini əlimdən aldı. İndi evliyəm, həyatımın sevgisi olan Baran adlı bir qızım var. Aktyorluqdan elə küsmüşəm ki, artıq uşağımın bu sənətə baş vurmasına əsla icazə vermərəm”.

Xatırladaq ki, Məcid Məcidinin “Cənnətin uşaqları” filmi 1998-ci ildə ən yaxşı xarici film nominasiyasında “Oskar” mükafatına beş namizəddən biri olub və Monreal Beynəlxalq Film Festivalında “Pfeiffer” mükafatı da daxil olmaqla, bir çox nüfuzlu mükafatlar qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!