Narkotik alverçisindən 2 kiloqram heroin götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Narkotik alverçisindən 2 kiloqram heroin götürüldü

Kriminal

12 Mart 2021 14:55 710


Səbail rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən 2 kiloqram heroin aşkar edilib.

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə və 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Elgün Həsənov tutulub. Onun üzərindən 2 büküm, yaşadığı evdən isə əlavə olaraq 2 kiloqramdan çox heroin aşkar edilib. E.Həsənov ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Səbail RPİ-də Cinayət İşi başlanılıb, araşdırmalar davam etdirilir. Pepperoni pizza

E.Həsənovun narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!