Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Fəqan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Yenisabah.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə F. Məmmədov 6 il azadlıqdan məhrum edilib. Marqarita pizza
Qeyd edək ki, F.Məmmədov 2021-ci il sentyabrın 2-də saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan 4 ədəd şəffaf selafon bükümdə olan metamfetaminə oxşar psixotrop maddənin aşkarlanaraq götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 234.3.4-cü (külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələrin əldə edilməsi, hazırlanması, daşınması, satılması) maddəsi ilə ittiham elan olunub.
Telegram kanalımız