Narkotik çəkib “KamAZ” sürən sürücü saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Narkotik çəkib “KamAZ” sürən sürücü saxlanıldı

Maraqlı

29 İyun 2022 12:05 673


Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən iyunun 24-də saat 17 radələrində Masallı rayonunun Sərçivar kəndi ərazisində “KamAZ” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. 

İdarədən Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən yoxlama zamanı sürücü, Lənkəran rayon sakini Fariz Məmmədovun avtomobili sürücülük hüququ olmadan və narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilib. O, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.

Məhkəmənin qərarı ilə F.Məmmədov inzibati qaydada həbs olunub. Dördpendirli pizza

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!