Narkotik çəkib maşın sürdü   - Həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Narkotik çəkib maşın sürdü - Həbs olundu

Maraqlı

10 Fevral 2023 11:55 652


Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən fevralın 9-da saat 10 radələrində Binəqədi rayonu ərazisində yerləşən postda Bakı şəhər sakini Rüstəm Müslümovun idarə etdiyi “Haval” markalı avtomobil işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxlanılıb. 

Yenisabah.az xəbər verir ki, polis əməkdaşları tərəfindən sürücünün sənədlərinə baxış zamanı onun narkotik vasitənin təsiri altında olması müəyyən olunub və avtomobil duracağa yerləşdirilib. 

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.2-ci maddələrinə əsasən protokol tərtib olunub.  Marqarita pizza

Binəqədi rayon məhkəməsinin qərarı ilə R.Müslümov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 8 gün müddətinə inzibati qaydada həbs olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!