Narkotik çəkib maşın sürdü - Sonu həbs

saytların hazırlanması

Evə çatdırılma

Narkotik çəkib maşın sürdü - Sonu həbs

Kriminal

13 Avqust 2022 11:56 952


Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Yenisabaha.az xəbər verir ki, avqustun 10-da Ələt-Astara yolunun 143-cü km-də Bakı şəhər sakini Sərxan Ağamalıyevin idarə etdiyi “Toyota” markalı 99-VH-493 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi stasionar postda nəzarət qaydasında saxlanılıb.

Sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, sürücü S.Ağamalıyevin narkotik maddə istifadə etdiyi məlum olub. pizza sifarişi

Həmin şəxs barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə S.Ağamalıyev barəsində inzibati həbs tətbiq olunub və o, 2 il müddətə sürücülük hüququndan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!