Narkotik çəkmiş sürücü saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Narkotik çəkmiş sürücü saxlanıldı

Kriminal

17 Avqust 2022 13:31 931


Salyanda narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Yenisabah.az DİN-uin mətbuat xidmətinə istinadla xəbər verir ki, “Chery” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “Saxla” işarəsi verilib. 

Həmin nəqliyyat vasitəsini idarə edən Neftçala rayonu Qaraqaşlı kənd sakini Elnur Ələkbərovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən sürücünün narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olub. Pepperoni pizza

Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!