Narkotik əməliyyatı

saytların hazırlanması

Evə çatdırılma

Narkotik əməliyyatı

Kriminal

23 May 2021 08:59 1338


Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini, Rəşad Əsgərov rayon ərazisində saxlanılaraq, polis şöbəsinə gətirilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə, onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan torbada, narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!