Narkotik ilə tutuldu - Digər cinayətləri də üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Narkotik ilə tutuldu - Digər cinayətləri də üzə çıxdı

Hadisə

28 İyun 2021 16:14 746


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Səpnəkəran kənd sakini, əvvəllər məhkum olunmuş Ə. Fətullayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, üzərinə keçirilən baxış zamanı ondan iki bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evin həyətində kultivasiya yolu ilə yetişdirdiyi 4 ədəd narkotik tərkibli çətənə kolu aşkarlanıb. Toyuqlu pizza

Ə.Fətullayevin ətrafında aparılan əlavə tədbirlərlə onun Lənkəran rayonu ərazisində iki evdən oğurluq etdiyi də müəyyən edilib. Belə ki, həmin şəxs həmkəndlisinin evindən 895 manat dəyərində məişət əşyalarını, rayonun Tütəpeştə kəndində yerləşən digər bir evdən isə 3800 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Oğurladığı əşyaların bir qismi onun saxladığı yerlərdə aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!