Narkotik plantasiyası salan qonşular ələ keçdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Narkotik plantasiyası salan qonşular ələ keçdi - Foto

Kriminal

01 İyun 2020 14:07 872


Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Eşqin Paşayev saxlanılıb.

Saxlanılan şəxsin rayonun Diyallı kəndində kolluq ərazidə xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi, ümumi çəkisi 246 kiloqrama yaxın olan 784 ədəd çətənə bitkisi və 12 kq 635 qr qurudulmamış marixuana aşkar edilərək götürülüb. E.Paşayev həmin narkotik tərkibli bitkiləri qurudandan sonra satmaq istədiyini etiraf edib. Marqarita pizza

Araşdırma zamanı E.Paşayevin bundan əlavə İsmayıllı şəhər sakini Əlmurad Bəkirovla əlbir olaraq, Diyallı kəndi ərazisində daha 481 ədəd çətənə bitkisi becərdikləri müəyyən olunub. Həmin çətənə kolları da kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanıb, istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!