Narkotik satan qadın tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Narkotik satan qadın tutuldu

Kriminal

29 İyul 2022 12:03 1480


Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində və bitkilərin kultivasiyasında şübhəli bilinən 3 nəfər müəyyən edilərək istintaqa cəlb edilib. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Əfsanə Quliyeva və Rəşad Mahmudov saxlanılıb. Pepperoni pizza

Ə.Quliyevanın yaşadığı ünvana baxış keçirilən zaman külli miqdarda heroin və metamfetamin, R.Mahmudovun evindən isə 16 qramdan artıq heroin aşkar edilərək götürülüb. Bundan başqa, keçirilmiş tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən Şamil Yusibov da saxlanılıb. Onun yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilərkən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 26 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlarla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!