Narkotik satdıqlarına görə tutuldular

saytların hazırlanması

Evə çatdırılma

Narkotik satdıqlarına görə tutuldular

Kriminal

14 İyun 2022 12:53 1219


Şabranda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Cəfər Tarverdiyev və Bakı şəhər sakini Nəzrin Hüseynova saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə və C.Tarverdiyevə məxsus avtomobilə baxış keçirilən zaman külli miqdarda  narkotik vasitə olan heroin, eləcə də  “patı”, “şüşə” adlandırılan psixotrop maddə metamfetamin, marixuana, 1 ədəd elektron tərəzi və 1 ədəd süngü bıçaq  aşkar olunaraq götürülüb. Pepperoni pizza

Bundan əlavə olaraq araşdırmalar zamanı, C.Tarverdiyevin qonşuluğunda olan və faktiki  yaşayış olmayan evin həyətyanı sahəsində çətənə (kannabis) bitkiləri əkib yetişdirdiyi məlum olub.

Faktla bağlı Şabran  RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!