Narkotik əldə etmək üçün Biləsuvara gələn paytaxt sakinləri tutulub.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkə ərazisinə gizli yolla gətirilmiş 2 kiloqramdan artıq güclü təsiredən xassəyə malik narkotik vasitə, həblər və psixotrop maddə dövriyyədən çıxarılıb.
Əməliyyat tədbirləri ilə Bakı şəhər sakinləri Ramin Fəttayev, Vahid Ağayev və Əli Bayramov sonuncunun idarə etdiyi avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılıblar. Ə.Bayramovun üzərindən hazır bükümlərdə qablaşdırılmış heroin və metamfetamin aşkarlanaraq götürülüb. pizza hut
Həmin şəxslər Biləsuvar rayonuna xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdikləri və ölkə ərazisinə gizli yolla gətirilmiş narkotik vasitə və psixotrop maddəni götürmək üçün gəliblər.
Satışını təşkil etmək üçün onlara göndərilmiş ayrı-ayrı bükümlərdə 821 qram tiryək, 684 qram heroin, 810 qram metamfetamin və 40 ədəd narkotik tərkibli metadon həbi gizlədildiyi yerdən aşkarlanaraq götürülüb.
Bədəməllər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib.
Telegram kanalımız