Narkotik vasitə gəzdirən İran vətəndaşı saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Narkotik vasitə gəzdirən İran vətəndaşı saxlanıldı

Kriminal

15 Aprel 2020 19:20 705


Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən İran İslam Respublikası sakini Həsən Bozorgi saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Məlumata əsasən, onun üzərinə baxış keçirilən zaman cibindən 1 ədəd sellofan torbaya bükülmüş çəkisi 7.12 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Araşdırmalarla onun sərhədi qanunsuz olaraq keçdiyi də müəyyən edilib. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib. Marqarita pizza

Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!