Narkotik vasitənin təsiri altında sərnişin daşıyan avtobus sürücüsü saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Narkotik vasitənin təsiri altında sərnişin daşıyan avtobus sürücüsü saxlanıldı - Foto

Sosial

29 Noyabr 2019 07:59 937


Narkotik vasitənin təsiri altında Bakıdan Astaraya sərnişin daşıyan avtobus sürücüsü saxlanılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumat verilibş

Bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayon ərazisində Bakı-Astara marşrutu üzrə işləyən, Saylan şəhər sakini Ədalət Əliyevin idarə etdiyi “Temza” markalı, 10-TG-546 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu saxlanılıb. Sürücü Ədalət Əliyev tibbi müayinəyə dəvət edilib. Müayinə zamanı Ə.Əliyevin sərnişin dolu avtobusu narkotik vasitənin təsiri altında sərxoş şəkildə idarə etdiyi müəyyən olub. Astara RPŞ-yə gətirilən Ə.Əliyevin üzərinə keçirilən baxış zamanı bir bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Pepperoni pizza

Faktla bağlı Astara Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!