Xəbər verdiyimiz kimi, ötən gün Bakıda 45 yaşlı Məhərrəmov Vüqar Sübhi oğlu yüksək dozada narkotik vasitə zəhərlənməsindən vəfat edib.
“Yeni Sabah” xəbər verir ki, bu haqda criminal.az saytının yaydığı xəbərdə bildirilirdi ki, vəfat edən şəxs V.Məhərrəmov Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı olub. Həmçinin onun Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik Klinikasının direktoru, professor Surxay Musayevin kürəkəni olduğu qeyd olunurdu.
Bu gün professor S. Musayev “Yeni Sabah”la əlaqə saxlayaraq yayılan xəbərin doğru olmadığını bildirib. Dördpendirli pizza
“Mən artıq 3 ildir həmin klinikanın direktoru deyiləm. Digər tərəfdən, mənim kürəkənim sap-sağlam hazırda yanımda oturub. Hamı xəbərdən sonra mənimlə əlaqə saxlayır, narahatlıq var. Bu xəbərdə niyə belə yanlışlıq olub, bilmirəm. Burada üst-üstə düşən ad – soyad da yoxdur. Mənim kürəkənim Natiq Pənahovdur və hazırda dediyim kimi sap-sağlam yanımdadır. Vəfat edən şəxs tamam başqa adamdır, onunla da heç bir əlaqəmiz olmayıb”.
Telegram kanalımız