Narkotikə görə saxlanılan vərəm xəstəsi vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Narkotikə görə saxlanılan vərəm xəstəsi vəfat etdi

Kriminal

05 İyun 2022 19:08 1260


Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələtin satışına və istifadəsinə görə əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Ceyhun Məmmədov narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Şəxsi axtarış zamanı ondan 4 bükümdə heroin aşkar edilərək götürülüb. pizza hut

O dindirilmə zamanı narkotiklərin istifadəsi və satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və C.Məmmədov Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerinə yerləşdirilib.

Lakin C.Məmmədovun uzun müddətdir vərəm və hepatit xəstəliklərindən əziyyət çəkdiyi müəyyən edildiyindən o, xəstəxanaya yerləşdirilib, həkimlərin səyinə baxmayaraq orada vəfat edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!