Narkotikə “yox” deyək - DİN-dən sosial çarx

saytların hazırlanması

Evə çatdırılma

Narkotikə “yox” deyək - DİN-dən sosial çarx

Sosial

26 İyun 2025 15:56 465


DİN 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar sosial çarx hazırlayıb

Bu barədə "Yenis Sabah"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

"26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür. Bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. pizza mizza

Bu məqsədlə Daxili İşlər Nazirliyi (DİN) antinarkotik təbliğatın daha da gücləndirilməsi məqsədilə növbəti sosial çarx hazırlayıb.

Bəşəriyyətin ən böyük bəlası olan narkotiklərə qarşı mübarizəmizi qətiyyətlə davam etdirir və hər zaman davam etdirəcəyik!", - deyə, məlumatda qeyd edilib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!