NASA-dan HƏYƏCAN TƏBİLİ: Yerin enerjini saxlama miqdarı ikiqart artıb

saytların hazırlanması

Evə çatdırılma

NASA-dan HƏYƏCAN TƏBİLİ: Yerin enerjini saxlama miqdarı ikiqart artıb

Dünya

20 İyun 2021 09:27 1090


Yerin Günəşdən gələn enerjini saxlama miqdarı misilsiz görülməmiş şəkildə - 2005-2019-cu illər arasında müqayisədə ikiqat artıb.

Publika.az xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları Aviasiya və Kosmik Agentliyi (NASA) ilə Milli Okean və Atmosfer İdarəsi (NOAA) tərəfindən hazırlanan ortaq hesabatda dünyanın günəşdən gələn enerjinin nə qədərini istilik şəklində saxladığı və nə qədərinin kosmosa buraxdığı ölçülüb, arasındakı fərq ortaya qoyulub.

2005 və 2019-cu illər arasında "enerji tarazsızlığı" olaraq bilinən istilik tutma səviyyəsinin təxminən iki dəfə artdığı vurğulanan hesabatda bu vəziyyətin okeanın, havanın və qurunun sürətlə istiləşməsinə səbəb olduğuna diqqət çəkilib. Toyuqlu pizza

Buna enerji tarazsızlığının atmosferdəki metan və karbon dioksid kimi istixana qazlarının artması, bulud örtüyü və dənizlərdə buz qatının azalması və suyun buxarlanmasının artmasındakı səbəb olduğu vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!