NASA helikopterinin Marsda ilk uçuşu aprelin 19-na planlaşdırılıb

saytların hazırlanması

Evə çatdırılma

NASA helikopterinin Marsda ilk uçuşu aprelin 19-na planlaşdırılıb

Dünya

18 Aprel 2021 18:26 740


"Perseverance" (Əzmkarlıq) adlı planet roveri ilə birgə 4 apreldə Marsa çatan və mənfi 90 dərəcə temeratur sinağından uğurla çıxaraq akkumulyatorlarını günəş paneli vasitəsi ilə doldura bilən "Ingenuity" (İxtiraçılıq) adlı helikopterinin Qırmızı Planetdə ilk sınaq uçuşu 19 aprelə planlaşdırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Milli Aviasiya və Kosmik İdarəsi (NASA) bildirib. Uçuş bakı vaxtı ilə saat 11:30-da baş tutmalıdır.

Uçuşun nəticələri barədə məlumatlar plan gerçəkləşərsə Yer kürəsinə bir neçə saat ərzində çatdırıla bilər. pizza sifarişi

20-30 saniyə davam edəcək ilk uçuşun hündürlüyü təxminən üç metr olacaq. Daha sonra bu göstəricini beş metrə qaldırmaq planlaşdırılır./Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!