Natalya Məmmədova karyerasını başa vurdu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Natalya Məmmədova karyerasını başa vurdu - Foto

İdman

25 Aprel 2021 14:17 1098


Azərbaycan millisinin sabiq voleybolçusu Natalya Məmmədova 36 yaşında karyerasını başa vurub.

Yenisabah.az xəbər verir ki, bu barədə Fransa çempionatında çıxış edən İsveçrənin “Volero Le Kane” klubu məlumat yayıb.

Bildirilib ki, yüksək səviyyədə 20 mövsüm keçirən Natalya bu klubda son oyununu keçirib. pizza hut

Qeyd edək ki, 2004-cü ildən milliləşdirilmiş ukraynalı voleybolçu karyerası ərzində 10 ölkənin 14 klubunda forma geyinib. O, Ukrayna və  Azərbaycandan başqa, İsveçrə, İtaliya, İspaniya, Türkiyə, Rusiya, Qazaxıstan, Çin və İndoneziya çempionatlarında da çıxış edib.

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!