“Bizim məsələmiz hamıda necədirsə, elədir. Heç dalaşmayan, küsməyən ailə varsa, nə xoş onlara. Hamı onu yaşayır, biz də. Biz boşanmamışıq”.
Yenisabah.az xəbər verir ki, bu sözləri bir müddət əvvəl həyat yoldaşı Dado ilə boşanma xəbəri yayılan müğənni Natavan Həbibi deyib.
N.Həbibi yayılan məlumatların yanlış olduğunu, həyat yoldaşı ilə barışdıqlarını qeyd edib. Müğənni “Onda görüşək” proqramına telefonla bağlanaraq “Biz boşanmamışıq. Hər şey o qədər göz önündədir ki, insanlar hələ də nəsə fikirləşəndə deyirəm ki, mən necə safam. Dalaşdıq, barışdıq, videolar paylaşdıq”. pizza hut
Qeyd edək ki, cütlük 2017-ci ildə ailə qurub. Onların bu nikahdan Zeyd adlı bir oğlan övladı var.
Telegram kanalımız