Natəvan: “Sosial verilişlərə baxanda dəli oluram”

saytların hazırlanması

Evə çatdırılma

Natəvan: “Sosial verilişlərə baxanda dəli oluram”

Şou

28 Mart 2024 16:15 490


Müğənni Natavan Həbibi TV-yə dairtənqidi fikirlər səsləndirib.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “Xəbərin var?” proqramında danışıb. 

“Sosial verilişlərə baxanda dəli oluram. Millətimizi niyə belə təqdim edirsiniz? Cəmiyyətimiz o cür ailələrdən ibarətdir? Gözəl ailələrimiz də var, onları göstərmək lazımdır ki, nümunə olsun.  Yoxsa sabah bir-birilərinin arxasınca telefonla gəzəcəklər ki, bir səhvin olsun, onu efirə verim, reklam olunum. Marqarita pizza

Hamı reklam dəlisi olub, özünü ulduz sayır. Fikir sahibi olub ki, sözüm varsa, deməliyəm. Hamının cibində televiziyası var, deyir ki, orada da ağzıma gələni danışım. Bunlara diqqət etmək lazımdır. Jurnalistlər, aparıcılar başda olmaqla kanallar ciddi yanaşmalıdırlar.

Bizim gələcəyimiz var, uşaqlarımız bu dalğada böyüməməlidir. Özümüz nümunə ola bilmirik, örnək ola biləcək  insanları göstərək ki, kənardan yaxşı görünsün”, - deyə, sənətçi vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!