“National Geographic” “Instagram” səhifəsində Xudafərin körpüsünün fotosunu paylaşdı

saytların hazırlanması

Evə çatdırılma

“National Geographic” “Instagram” səhifəsində Xudafərin körpüsünün fotosunu paylaşdı

Dünya

14 Mart 2021 15:20 938


ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin məşhur “National Geographic” jurnalı özünün “Instagram” səhifəsində Azərbaycanın işğaldan azad edilmiş Cəbrayıl rayonunun ərazisində yerləşən Xudafərin körpüsünün fotosunu paylaşıb.

Yenisabah.az xəbər verir ki, paylaşımda XII əsrin abidəsi sayılan tarixi Xudafərin körpüsünün Cəbrayıl rayonu ərazisində, İran-Azərbaycan sərhədində, Araz çayı üzərində yerləşdiyi bildirilir.

Qeyd edilir ki, Cəbrayıl Azərbaycanın Dağlıq Qarabağ ətrafında yerləşən, Ermənistan qüvvələri tərəfindən işğal olunmuş, bu yaxınlarda isə Azərbaycan tərəfindən geri qaytarılmış yeddi rayonundan biridir. pizza mizza

Paylaşımda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə də  məlumat verilir. Azərbaycanın 90-cı illərdə itirdiyi ərazilərinin böyük əksəriyyətini ötən il baş vermiş müharibə nəticəsində geri qaytardığı diqqətə çatdırılır. /APA

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!