Natiq Cəfərli İlqar Məmmədova qadağalardan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Natiq Cəfərli İlqar Məmmədova qadağalardan danışdı

Siyasət

23 Sentyabr 2024 12:03 445


Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin üzvü, icra katibi Natiq Cəfərli partiya sədrliyindən istefa verən İlqar Məmmədovun siyasətdən getməsi barədə açıqlamasında REAL-da qalıb işləyəcəyini deməsinin tənqidlə qarşılanmasına aydınlıq gətirib. 

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, İlqar Məmmədovun sosial şəbəkədə paylaşdığı mətni diqqətlə oxumayıblar: 

“Deyəsən, Azərbaycanda mətni oxumaqla bağlı problemlər var. İlqar Məmmədov publik siyasətdən getdiyini açıqladı. Yəni müsahibə verməyəcək, efirə çıxmayacaq, siyasət haqqında danışmayacaq. Siyasi partiyada isə adam növbəti qurultaya qədər Siyasi Komitənin üzvüdür. Siyasi partiyada texniki işlər olmur? Məsələn, üzvlərlə, regional təşkilatlarla iş, tədbirlərin təşkili. Yoxdurmu? Dominos pizza

Siyasi partiyada o qədər iş var ki. Söhbət bundan gedir. Çox qəribədir, Azərbaycanda elə bir şərait yaranıb ki, insanlar çox zaman mətni diqqətlə oxumurlar, yaxud oxuyanda da mətndə nə yazıldığını tam qavramaqda çətinlik çəkirlər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!