İran müharibəsi   bu tarixdə bitəcək

saytların hazırlanması

Evə çatdırılma

İran müharibəsi bu tarixdə bitəcək

Siyasət

11 Mart 2026 15:49 10386


“İran ətrafında münaqişə martın sonuna qədər bitməlidir - martın sonu, aprelin əvvəli Tramp Çinə gedir, özünü qalib elan edib, gedəcək”.

“Yeni Sabah” xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının sədri Natiq Cəfərli bildirib.

O qeyd edib ki, ABŞ dünyaya total nəzarətdən imtina edib: Marqarita pizza

“Qalib elan etmək çətin deyil, amma əsas hədəf Hürmüz boğazına nəzarət etməkdir. Çox güman, anlaşma məhz boğazla bağlı olacaq, adı bəlkə də, Yaxın Şərqdə sülh naminə Tramp adına tanker yolu, olacaq.

ABŞ dünyaya total nəzarət etməkdən vaz keçib, əsas hədəf Amerika yarımkürəsinə tam, dünyanın əsas logistik yollarına isə "bloklayıcı səs" prinsipi ilə nəzarət etmək stratigiyasıdır. Taktikası zəif ola bilər, amma strateji hədəfləri çox praqmatıkdir

ABŞ-ın istəkləri iyrənc, addımları qanunsuz, digər ölkələr və xalqlar üçün qəbuledilməz ola bilər, amma sırf öz maraqlara uyğundur. Dünyanın enerji və logistika xəriitəsinə hakim olmaq, elə dünyaya hakim olmaq deməkdir, 80 ildir bu ABŞ-a maddi olaraq çox baha gəlirdi, indi daha ucuz, amma hüquqi olaraq köntöy yolunu tapıb, bəli, yolunu, “yol” sözünün həm də hərfi mənasında...”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mahmud Mımmədov
    Lazım olana şərh istəmirsiniz, hansısa lazımsız olan məlumata şərh istəyirsiniz. Niyə Yaşı bilinməyən, pensiya yaşı illərlə keçən Mıəleykənin hakimliyinin şərh istəmirsiniz. Məktəbdə dərs başqa cür, qəbulda məleykəyönlü.
    2 months ago