NATO-dakı təmsilçimiz baş katibin müavini ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

NATO-dakı təmsilçimiz baş katibin müavini ilə görüşdü

Siyasət

06 Fevral 2025 15:11 188


Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə NATO baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, Cəfər Hüseynzadə bu barədə “X” hesabında paylaşım edib.

O qeyd edib ki, görüşdə hər iki tərəf Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı, Azərbaycanın NATO-nun rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına, eləcə də Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə dair məhsuldar müzakirələr aparıblar. Sezar pizza

Tərəflər, həmçinin regionda cərəyan edən proseslərlə yanaşı, Azərbaycanın nəqliyyat infrastrukturunun dünyanın nəqliyyat xəritəsindəki rolunu da müzakirə ediblər.

Görüşdə Azərbaycan-NATO Tərəfdaşlığının 30 illiyi kimi 2024-cü ildə əməkdaşlığa yüksək ehtiramla yanaşılıb və 2025-ci il üçün əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!