NATO İrana çağırış etdi

saytların hazırlanması

Evə çatdırılma

NATO İrana çağırış etdi

Maraqlı

11 İyul 2023 21:00 770


Ukrayna müharibəsində bütün ölkələr Rusiyaya hər hansı yardımı dayandırmalıdır. Bu barədə çərşənbə axşamı NATO-nun Vilnüs sammitinin yekunlarına dair dərc olunmuş bəyanatında deyilir.

“Biz bütün ölkələri Rusiyaya heç bir yardım göstərməməyə çağırırıq və Ukrayna müharibəsində Rusiya tərəfindən fəal iştirak edənlərin hamısını qınayırıq. Xüsusilə Belarus, eləcə də İran Rusiya ilə şərikliyinə son qoymalı və beynəlxalq hüquqa hörmətlə yanaşmalıdır”, - sənəddə deyilir.

Bildirlir ki, İranın Rusiyanı bu işğalçılıq müharibəsində dəstəkləməsi Avro-Atlantik təhlükəsizliyə mənfi təsir edir. pizza hut

“Biz İranı Rusiyaya hərbi dəstəyini, xüsusən də kritik infrastruktura hücum etmək üçün istifadə edilən və mülki əhali arasında geniş tələfatlara səbəb olan pilotsuz uçuş aparatlarının (PUA) verilməsini dayandırmağa çağırırıq. Biz İranın Müttəfiqlərin ərazisindəki pis niyyətli fəaliyyətindən ciddi narahatlığımızı ifadə edirik. Biz həmçinin İranı sabitliyi pozan hərəkətlərdən, həmçinin açıq sularda gəmilərin ələ keçirilməsindən çəkinməyə və regional sabitliyin, sülhün təmin edilməsində konstruktiv rol oynamağa çağırırıq”, - bəyanatda vurğulanır.

Sənəddə qeyd olunur ki, NATO ölkələri İranın nüvə silahına sahib olmasına imkan verməyəcək./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!