NATO ölkələrinin müdafiə nazirlərinin virtual formatda keçirilən görüşündə COVID-19 virusuna qarşı mübarizə dövründə qurumun təhlükəsizliyi məsələləri müzakirə edilib.
Yenisabah.az xəbər verir ki, Şimali Atlantika Alyansı cari əməliyyatların davam etdirilməsini təsdiqləyib.
Beləliklə, NATO Əfqanıstandakı hərbi missiyasının koronavirusun yayılmasına baxmayaraq, davam etdiriləcəyini bildirib. Bu missiyanın başa çatdırılması ABŞ-la taliban qüvvələri arasında bağlanan sazişin reallaşdırılmasından sonra gözlənilir.
Alyansın digər mühüm vəzifəsi Avropada Rusiya təsirinin güclənməsinin qarşısını almaqdan ibarət olunduğu bildirilir. Lakin bununla bağlı olaraq Rusiyanın sərhədləri yaxınlığında keçirilməsi nəzərdə tutulan “Defender Europe-2020” hərbi təlimləri məhz koronavirus pandemiyası səbəbindən faktik olaraq dayandırılmışdı. Buna baxmayaraq, NATO müdafiə nazirlərinin videokonfransda Alyansın tam döyüş hazırlığında olduğunu bildirməklə onun dünyada əsas rəqibləri sayılan Rusiya və Çinə bir siqnal göndərməsi ilə nəticələndi. Marqarita pizza
Telegram kanalımız