Rusiyayönlü hakerlər NATO sammiti ərəfəsində Niderland hökumətinin internet saytlarını sındırıblar.
Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "De Telegraaf" məlumat verib.
Hakerlərin hərəkətləri Cənubi Niderland və Overeyssel əyalətlərinin şura və ştatlarının, həmçinin Haaqa, Den Boş və Delft kimi bələdiyyələrin sənədləri olan veb-səhifələrə girişi çətinləşdirib. Hücuma görə məsuliyyəti "Telegram" kanalı vasitəsilə fəaliyyət göstərən rusiyayönlü "NoName05716" haker qrupu üzərinə götürüb. Marqarita pizza
Bələdiyyələrə xidmət göstərən "NotuBiz" şirkəti öz sistemlərinə yönəldilmiş böyük həcmdə şəbəkə trafikinin olduğunu bildirib. Şirkətin nümayəndəsi qeyd edib ki, şirkətin brandmaueri (qoruyucu sistem) işini düzgün yerinə yetirir, lakin bununla belə, səhifələrin yüklənmə müddəti uzanır. "NotuBiz" kəsilmənin DDoS hücumu nəticəsində baş verdiyini rəsmən təsdiqləməyib.
Telegram kanalımız