NATO sammitində Ermənistan-Azərbaycan danışıqları aparılacaq 

saytların hazırlanması

Evə çatdırılma

NATO sammitində Ermənistan-Azərbaycan danışıqları aparılacaq 

Siyasət

03 İyul 2024 09:45 382


Ermənistanla Azərbaycan arasında davam edən müzakirələr bizim üçün prioritetdir. 

Yenisabah.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı bildirib. 

“Cənubi Qafqaz problemləri kontekstində bu, bizim üçün prioritet məsələdir. Biz Vaşinqtonda keçiriləcək NATO sammiti çərçivəsində konkret görüşlər və problemlər üzərində işləməyə davam edəcəyik”.  pizza hut

Qeyd edək ki, NATO-nun sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək. 

Həm Azərbaycan, həm də Ermənistan Vaşinqtonda keçiriləcək NATO sammitinə dəvət olunub. 

NATO sammiti çərçivəsində xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın görüçü gözlənilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!