NATO sabah - fevralın 25-də Rusiyanın Ukraynaya hücumunu müzakirə etmək və Şərqi Avropa ölkələrinə mümkün təhlükəni qiymətləndirmək üçün virtual sammit keçirəcək.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu fevralın 24-də Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Şurasının fövqəladə iclasının yekunlarına dair mətbuat konfransı zamanı deyib.
Sammitdə 30 liderin iştirakı gözlənilir. Pepperoni pizza
"Biz Alyansı təcavüzdən qorumaq üçün lazım olan hər şeyi etməyə davam edəcəyik. Mən sabah NATO liderlərinin virtual sammitini gələcək yolu müzakirə etmək üçün çağırıram. Rusiya indi bütün beynəlxalq təşkilatın tətbiq edəcəyi yüksək xərc və dəhşətli nəticələrlə üzləşəcək”, - Stoltenberq bildirib.
O, həmçinin bildirib ki, fövqəladə iclasdan sonra Şimali Atlantika Şurası Bolqarıstan, Çexiya, Estoniya, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiyadan Vaşinqton müqaviləsinin 4-cü maddəsinə əsasən təcili məsləhətləşmələr üçün müraciətləri qəbul edib.
"Bizim düşüncələrimiz indi cəsur Ukrayna xalqının yanındadır. Aylardır xəbərdarlıq etdiyimiz şey, Rusiyanın diplomatik səylər istiqamətində kursunu dəyişməsi ilə bağlı bütün çağırışlara baxmayaraq baş verdi. Qitəmizdə sülh pozulub", - NATO-nun baş katibi vurğulayıb.
NATO-nun Ukraynaya qoşun yeritməyi planlaşdırıb-planlaşdırmaması ilə bağlı suala Stoltenberq “hücum olacağı təqdirdə NATO bütün müttəfiqlərini qoruyacaq” cavabını verib.
Yenə eyni məsələ ilə bağlı sual veriləndə o, NATO-nun Moskvanın planları barədə xəbərdarlıq edərək və sanksiyalarla hədələyərək “münaqişəyə müdaxilə etməyə çalışdığını” deyib.
Onun sözlərinə görə, NATO-nun Ukrayna ərazisində qoşunları yoxdur və “onları ora göndərməyi planlaşdırmır”.
Telegram kanalımız