“Natura” şirəsinin içindən görün nə çıxdı?  -   Bloqer biabır etdi + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Natura” şirəsinin içindən görün nə çıxdı? - Bloqer biabır etdi + VİDEO

Hadisə

19 Noyabr 2024 11:58 1269


Bloqer Əfsanə Fərəc paylaşımı ilə diqqət çəkib.

Yenisabah.az xəbər verir ki, o, marketdən aldığı “Natura" meyvə şirəsinin içindən çıxan kiflərin görüntüsünü sosial şəbəkə hesabında yayımlayıb. 

Stəkana şirə süzən bloqer kif gəldiyini görüb və onu kəsmək qərarına gəlib. Sezar pizza

“Paylaşımımdan sonra bəziləri yazıb ki, içində kif olduğunu hardan bilib? Mən onsuz da stəkana şirə süzəndə nə isə qəribəlik olduğunu hiss etmişdim, çünki zəif gəlirdi və qara nöqtə kimi cisimlər süzülürdü. Bundan sonra qutunu kəsib içinə baxmağa qərar verdim və bunu videoya çəkdik. Şirə dünən alınıb, qəbzi də paylaşmışam. Çoxu deyir yalandan deyir, özü qəsdən çəkib, antireklam edir və s. Mənim nəyimə lazımdır kimisə antireklam edim?! Sadəcə paylaşım etdim ki, insanlar maariflənsin, bilsinlər ki, şirələrin içərisində nə var”. 

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!