Rusiya müxalifətinin lideri, Korrupsiyaya Qarşı Mübarizə Fondunun təsisçisi Aleksey Navalnı ciddi rejimli koloniyaya köçürülüb.
Yenisabah.az “Radio Svoboda”ya istinadla xəbər verir ki, bu barədə o, ötən gün “Telegram” kanalında məlumat verib.
Məlumatda bildirilir ki, Navalnı dünən Vladimir vilayətinin Pokrov kəndindəki 2 saylı cəzaçəkmə müəssisəsindən Melexovo şəhərinin eyni ərazisindəki 6 saylı ciddi rejimli koloniyaya köçürülüb. Dominos pizza
Hazırda onun karantində olduğu bildirilir.
Rusiyalı hüquq müdafiəçilərinin bildirdiyinə görə, Melexov adına 6 saylı koloniyada məhbuslar dəfələrlə işgəncə və hətta cinsi təcavüzdən şikayət ediblər.
Navalnıya yazda hökumətin onu koloniyaya köçürmək istəməsi qərarı barədə məlumat verilib.
Telegram kanalımız