Navalnıya görə Rusiyaya yeni sanksiyalar tətbiq ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Navalnıya görə Rusiyaya yeni sanksiyalar tətbiq ediləcək

Dünya

27 Fevral 2021 11:22 658


Tanınmış rus müxalifət lideri Aleksey Navalnının həbsinə görə Avropa Birliyi tərəfindən Rusiyaya qarşı planlaşdırılan yeni sanksiyalar gələn həftənin əvvəllərində qüvvəyə minə bilər.

Yenisabah.az xəbər verir ki, bunu xarici mətbuat yazıb.

Bildirilib ki, AB ölkələrinin Daimi Nümayəndələr Komitəsi martın 1-dən  AB Şurası tərəfindən sanksiya tətbiqinə dair qərar qəbul edilməsi üçün yazılı bir prosedurun başlamasını təsdiqləyə bilər. Martın 2-də isə razılaşdırılmış tədbirlər Avropa Birliyinin rəsmi jurnalında dərc ediləcək və nəticədə qüvvəyə minəcək. Dominos pizza

Sanksiyalar çox güman ki, Rusiya Baş Prokuroru İqor Krasnov, İstintaq Komitəsinin rəhbəri Alexander Bastrykin, Federal Penitensiar Xidmətin rəisi Aleksandr Kalaşnikov və Rusiya Qvardiyasının başçısı Viktor Zolotovun üzərinə düşəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!