Naxçıvan Ali Məclisi Vasif Talıbovla bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Naxçıvan Ali Məclisi Vasif Talıbovla bağlı məlumat yaydı

Maraqlı

21 Dekabr 2022 15:39 1014


Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti məlumat yayıb.

Sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müraciətinə baxılması məsələsi daxil edilib. Dominos pizza

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılıb.

Qərar səsə qoyularaq qəbul olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sessiyaya yekun vuraraq deyib ki, bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsas fəaliyyət istiqamətimiz olacaq, dövlət başçısı tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xəttinə sadiq qalacağıq.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası öz işini başa çatdırıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!